Skip to main content
DiscoverMy cardOrdersAccount
‹ AccountLegal

İstifadə Şərtləri

Last updated: 23 iyun 2026

This document is published in Azerbaijani, and the Azerbaijani text is the legally binding one.

1. Şərtlərin Qəbulu

Orange Street platformasına daxil olmaqla, POS kassa, menecer paneli və ya kəşfet platformasından istifadə etməklə siz bu İstifadə Şərtlərini tam qəbul etmiş hesab olunursunuz. Şərtlərlə razı olmadığınız təqdirdə platformadan istifadəni dayandırmağınız xahiş olunur.

2. Xidmətin Xüsusiyyətləri və Qiymətlər

Orange Street restoran, hotel, market və pərakəndə satış nöqtələri üçün bulud əsaslı idarəetmə və POS kassa xidməti təqdim edir. Tariflər, komissiya dərəcələri və xüsusi şərtlər tərəfdaşlıq müqaviləsində əks olunur. Qiymətlər, stok və yer sifarişləri əməliyyat tamamlanarkən serverimizdə yenidən yoxlanılır.

3. İstifadəçinin Öhdəlikləri

Platformadan istifadə edərkən siz: - Daxil etdiyiniz bütün məlumatların (API açarları, şəxsi məlumatlar, filial konfiqurasiyaları) doğruluğuna cavabdehsiniz. - Sistem təhlükəsizliyinə təhlükə yaradacaq hər hansı bir zərərli proqram təminatı və ya qanunsuz müdaxilə cəhdlərindən uzaq durmalısınız.

4. Məsuliyyətin Məhdudlaşdırılması

Sistemin kəsilməsiz işləməsi üçün 99.9% SLA təmin edirik. Lakin internet provayderlərindən, üçüncü tərəf API xidmətlərindən (Wolt, Booking.com, SMS operatorları və s.) qaynaqlanan texniki gecikmələrə görə Orange Street birbaşa məsuliyyət daşımır.

Privacy policyHelp

Restaurants, hotels, markets and shops — the menu, the order and the loyalty card in one place.

DiscoverEverythingRestaurantsHotelsMarketsStores
HelpHelp and contactPrivacyTerms of use
Run a business? Ye10 for business →© 2026 Ye10
  • Discover
  • My card
  • Orders
  • Account